27/11/2016 09:50

Ermənistan Ordusuna məxsus PUA məhv edilib

Ermənistan Silahlı Qüvvələrinə məxsus multikopter sinfinə aid pilotsuz uçuş aparatı məhv edilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, noyabrın 26-sı axşam saatlarında cəbhənin Füzuli rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Azərbaycan əsgərlərinin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.

pua2