21/04/2017 08:28

TÜBİTAK Qanadlı Yönləndirmə Dəstini HHQ- nə təhvil verir

TÜBİTAK SAGE mərkəzi tərəfindən yaradılmış Qanadlı Yönləndirmə Dəstinin (KGK) ilk partiyası Türkiyə Silahlı Qüvvələrinə təhvil verilir.

“AzeriDefence”in məlumatına görə, bu barədə TÜBİTAK mərkəzi məlumat yayıb.

Yerli imkanlar hesabına istehsal olunan KGK-nin ilk partiyası mayın əvvəlində Hərbi Hava Qüvvələrinə (HHQ) veriləcək.

TÜBİTAK-ın rəhbəri Arif Ergin KGK-nın yanvarda F4 2020 təyyarələrinə, martda isə F-16 təyyarələrinə sertifikatlaşdırma işlərinin müvəffəqiyyətlə tamamlandığını vurğulayıb.

KGK-nın texniki xüsusiyyətləri haqqında məlumat verən A. Erkin bildirib ki, HHQ-nin silahlanmasındakı 250 və 500 kq-lık ümumi məqsəd bombalarını “hava-yer” tipli uzun mənzilli yeni nəsil sursatlara çevirir.

Qanadlı Yönləndirmə Dəstinin uçuş mənzili 110 km-dir. KGK atış təsiri və sürəti ilə qazandığı enerjini sahib olduğu xarici qurluşu sayəsində uzun mənzilə çevirir. A. Erkin bildirib ki, bu mənzil və vurma imkanları sayəsində KGK istifadə edən döyüş təyyarələri təhlükəli bölgələrə girmədən, hədəfləri yüksək dəqiqliklə (6 metr sapma ehtimalı) vura bilər.