27/09/2016 11:35

2-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi – ADEX-2016 öz işinə başlayıb – FOTOLAR

Bu gün 2-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi – ADEX-2016 öz işinə başlayıb.

“AzeriDefence”in məlumatına görə, sərginin başlanması ilə bağlı keçirilən mərasimdə çıxış edən müdafiə sənayesi naziri Yavər Camalov bildirib ki, sərgi çərçivəsində aparılacaq müzakirələr və keçiriləcək görüşlər hərbi-texniki sahədə əməkdaşlığın dərinləşməsinə xidmət edəcək:

“Effektiv daxili və xarici siyasətin nəticəsi olaraq ölkədə hərbi, siyasi və iqtisadi sahədə böyük naliyyətlər əldə edilib. 2005-ci ildə müdafiə sənayesinin yaradılması və ölkədə bu sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin MSN-ya tabe edilməsi Azərbaycanda müdafiə sənayesi sahəsinin də inkişafına səbəb olub. Nazirlik fəaliyyət göstərdiyi müddət ərzində yeni və müasir standartlara cavab verən istehsal sahələri yaradaraq davamlı inkişafa nail olub. Bununla yanaşı hərbi-texniki əməkdaşlıq sahəsində də mühüm tədbirlər görülüb, müxtəlif dövlətlərlə əlaqələr qurulub və beynəlxalq şirkətlərlə uğurlu əməkdaşlıq layihələri icra edilib.  Ümid edirik ki, ADEX-2016 dünyada sülh və təhlükəsizliyin qorunmasına xidmət edəcək və uğurlu əməkdaşlıq əlaqələrinin inkişafıma səbəb olacaq”.

Baş nazirin müavini Yaqub Eyyubov isə Azərbaycan prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub.

Müraciətində sərgi iştirakçılarını salamlayan prezident bildirilib ki, ölkəmizin ərazi bütövlüyünə qarşı yönələn xarici təcavüz və terrorizmin nəticəsi olaraq, Azərbaycan dövləti təhlükəsizlik sisteminin möhkəmləndirilməsini və dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlayır:

“Qəbul edilən Hərbi Doktorina beynəlxalq müstəvidə ümumbəşəri prinsip və normaları rəhbər tutan Azərbaycanın həm müdafiə potensialını, həm də dost və tərəfdaş dövlətlərlə əlaqələrini gücləndirib. Azərbaycan hazırda regionda ən böyük hərbi potensialı olan ölkədir.  İnanıram ki, iştirakçısı olduğunuz sərgi hərbi texniki əməkdaşlıq məsələlərini müzakirə edildiyi nüfuzlu məkan kimi müasir təhlükəsizlik çağrışlarına cavab verən yeni yanaşmalara, xüsusi ilə müdadfiə sənayesi sahəsində mühüm təşəbbüslərə yol açacaq”.

Sonra yerli və xarici rəsmi qonaqlar stendlərlə, burada nümayiş olunan hərbi texnika və digər vasitələrlə tanış olublar.

Xatırladaq ki, Bakı Sərgi Mərkəzində keçirilən sərgidə müasir silah və texnikanın, eləcə də milli müdafiə kompleksinin imkanları nümayiş olunur.

Sərginin təşəbbüskarı Müdafiə Sənayesi Nazirliyidir. Müdafiə Nazirliyi isə sərgiyə dəstək göstərir. ADEX-in təşkilati tərəfdaşı qismində “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir. Bu il ADEX-2016 sərgisini nazir, hərbi idarə rəhbərlərinin başçılıq etdiyi 25 rəsmi nümayəndə heyəti, Türkiyə, Rusiya, İsrail, Pakistan, İran və digər ölkələrin müvafiq strukturlarının nümayəndələri ziyarət edəcək. Nümayəndə heyətlərini ADEX sərgisinə ilk dəfə göndərən ölkələr arasında Bolqarıstan, Bosniya və Herseqovina və Serbiya yer alır.

ADEX-2016-da dünyanın 34 ölkəsini təmsil edən 216 şirkət, 19 ölkədən 25 rəsmi nümayəndə heyəti iştirak edir.

Tədbirin baş informasiya tərəfdaşı Böyük Britaniyanın “IHS Jane`s Defence Weekly” dərgisidir. Sərginin “onlayn” gündəliyi vəzifəsini Belçikanın “Army Recognition” yurnalı yerinə yetirir. “Azeri Defence” jurnalı isə sərginin informasiya tərəfdaşı qismində çıxış edir.

Sərgidə aparıcı şirkətlərini təqdim edən 10 ölkə – Azərbaycan, Belarus, İsrail, Çin, Pakistan, Rusiya, Serbiya, Türkiyə, Fransa və Çexiya milli pavilyonları ilə çıxış edir. Şirkətlərin sayına görə ən böyük pavilyonlar Türkiyə – 42 şirkətlə, İsrail – 14 şirkətlə və Rusiya – 14 şirkətlə ilk yerləri tuturlar.

Sərgi çərçivəsində seminar və görüşlərin keçirilməsi də nəzərdə tutulub.

Sərgi sentyabrın 27-30-u tarixlərində Bakıda keçiriləcək

DSC_0582 DSC_0597 DSC_0580 DSC_0596 DSC_0614 DSC_0566 _DSC0035

????????????????????????????????????

????????????????????????????????????

_DSC0008 _DSC0025