12/03/2014 12:15

2014-2015-Cİ TƏDRİS İLİ ÜÇÜN HEYDƏR ƏLİYEV ADINA AZƏRBAYCAN ALİ HƏRBİ MƏKTƏBİNƏ TƏLƏBƏ QƏBULU QAYDALARI

I. ÜMUMİ MÜDDƏALAR:
Tədris dili : Azərbaycan dili
Təhsil forması : əyani
Təhsil müddəti : 4 il
İxtisasa bölünmə : 1-ci il başa çatdıqdan sonra
Yaş həddi : 15 sentyabr 2014-cü ilə qədər 17 yaşı tamam olan və 19 yaşına çatmayan orta məktəbi bitirmiş Azərbaycan Respublikası vətəndaşları (yalnız oğlanlar).
Azərbaycan Ali Hərbi Məktəblərinə qəbul olunan kursantlar təhsil müddətində pulsuz yemək, geyim forması və yataqxana ilə təmin olunur, ayda 100 manat məbləğində təqaüd alırlar.
II. SƏNƏDLƏRİN QƏBULU:
Azərbaycan Ali Hərbi məktəblərinə qəbul olmaq arzusunda olan namizədlər 2014-cü il aprel ayının 1-dən may ayının 15-dək ərizə ilə (ərizədə hərbi təsil müəssisəsinin adı göstərilməlidir) məktəb rəisinə müraciət etməlidirlər.
Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
– tərcümeyi-hal;
– doğum haqqında şəhadətnamənin surəti (dövlət notariusu tərəfindən təsdiq olunmuş);
– şəxsiyyət vəsiqəsinin surəti (dövlət notariusu tərəfindən təsdiq olunmuş);
– işlədiyi və ya oxuduğu yerdən xasiyyətnamə;
– orta məktəbdən cari ildəki qiymət cədvəli;
– tam orta təhsil haqqında sənədin surəti (cari ilin məzunları üçün arayış forma №63);
– 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz 4,5×6 sm ölçüdə);
– valideynlərin və ya qəyyumluq edən şəxslərin dövlət notariusunda təsdiq olunmuş razılıq ərizələri (valideyinləri vəfat edən varsa – olüm haqqında şəhadətnamənin surəti);
– sakit vəziyyətdə və fiziki yükdən sonra EKQ;
– exokardioqrafiya;
– qanın ümumi analizi, qan qrupu və rezus faktor;
– qanın vasserman seroloji reaksiyasına və hepatit B, C daşıyıcılığına təyini;
– tibbi göstərişə görə qanda QİÇS və sifilisə görə seroloji reaksiyaların olub-olmamasına aid müayinə;
– sidiyin ümumi analizi;
– psixonevroloji, narkoloji, vərəm, dəri-zöhrəvi və digər dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar;
Bundan əlavə:
Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olmaq istəyənlər üçün:
– nəcisdə helmintlərin yumurtalarının və lyambiyaların sistlərinin olub-olmamasına dair müayinə.
Şəxsiyyət vəsiqəsi (doğum haqqında şəhadətnamə), hərbi qeydiyyat və tam orta təhsil haqqında sənədlərin əsli namizəd tərəfindən şəxsən təqdim olunur.
III. HƏRBİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ QƏBUL (2 mərhələdə keçirilir):
Birinci mərhələdə AAHM-lərə qəbul olmaq arzusunda olan namizədlər hərbi həkim komissiyasından keçməlidirlər (Naxçıvan Muxtar Respublikasında yaşayanlar Heydər Əliyev adına hərbi liseydə, digərləri – 2014-cü il may ayının 1-dən iyun ayının 10-dək Heydər Əliyev adına AAHM-də keçiriləcək).
Hərbi həkim komissiyasından müvəffəqiyyətlə keçmiş namizədlərə dövlət test imtahanlarına buraxılış vərəqələri verilir.
İkinci mərhələni Tələbə Qəbulu üzrə Dövlət Komissiyası təşkil edir. Abituriyentlər I qrup üzrə aşağıdakı fənlərdən Azərbaycan dilində test imtahanları verirlər:
– Riyaziyyat;
– Fizika;
– Kimya;
– Ana dili;
– Xarici dil.
Namizədlər AAHM-lərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən təqdim olunmuş siyahılar əsasında qəbul edilirlər.
Məzunlara müxtəlif hərbi ixtisaslarla yanaşı ali təhsil haqqında bakalavr diplomu da verilir.
QEYD:
– Təhsil müddətində fərqlənən kursantlar aylıq məvacibdən əlavə fərdi təqaüdlərlə təmin olunurlar.
– Azərbaycan Ali Hərbi Təyyarəçilik və Azərbaycan Ali Hərbi Dənizçilik məktəblərində oxumaq arzusunda olan kursantlar arasında Heydər Əliyev adına Ali Hərbi Məktəbinə qəbul olunduqdan sonra xüsusi seçim keçirilir və onlar təhsil almaq üçün müvafiq məktəblərə göndərilirlər.
– I kursu bitirdikdən sonra hərbi ixtisaslar üzrə bölgü aparılır;
– Sənədlər Bakı şəhəri, Zığ qəsəbəsi, Heydər Əliyev adına AAHM ünvanında qəbul olunur.
Əlaqə telefonu: (012) 479-78-43
– Naxçıvan Muxtar Respublikasında yaşayan gənclər sənədləri Heydər Əliyev adına Hərbi Liseyə təqdim edirlər.
Əlaqə telefonları: (036) 544-00-15, (036) 544-00-16.
– İmtahanın tarixi əlavə olaraq bildiriləcəkdir;
– Əlavə məlumatlar məktəbin internet səhifəsində dərc olunacaqdır;
– Yaranan suallarla bağlı məktəbin qəbul komissiyasına müraciət edə bilərsiniz.