20/06/2019 19:06

Ramil Usubov Prezident yanında Təhlukəsizlik Şurasının katibi təyin edilib

Prezident İlham Əliyev Ramil Usubovun Azərbaycan Respublikasının Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edilməsi barədə sərəncam imzalayıb.

Bu barədə “AzeriDefence” Prezidentin saytına istinadən məlumat verib.

Prezidentin digər sərəncamı ilə Ramil İdris oğlu Usubov Daxili işlər naziri vəzifəsindən azad edilib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 29 aprel 1994-cü il tarixli 140 nömrəli Fərmanı ilə Ramil Usubov Daxili işlər naziri təyin edilib.