02/09/2019 22:20

Naxçıvan Qarnizonu Qoşunlarında ən yaxşı snayperlər seçilib – VİDEO

Naxçıvan Qarnizonu Qoşunlarında snayperlərin toplantısı keçirilib. Toplantıda əsas məqsəd  kəskin relyef və iqlim şəraitinə malik olan Naxçıvan ərazisində fəaliyyət göstərmək üçün şəxsi heyətə yüksək dözümlülük, təmkinlik, fiziki hazırlıq kimi xüsusiyyətlərin aşılanması olub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Ən yaxşı snayper” adı uğrunda keçirilən yarışda snayperlərin müxtəlif üsullarla maskalanması və müşahidə aparmaq bacarıqları yoxlanılıb, müxtəlif məsafələrdə yerləşən hədəflərə atışlar icra edilib.