17/05/2014 08:11

5.11 Tactical məhsulları Azərbaycanda

Amerikanın xüsusi təyinatlılar üçün geyim və xüsusi vasitələrin istehsalı üzrə tanınmış “5.11 Tactical” şirkətinin məhsullarının Azərbaycanda satışına başlanıb.

“AzeriDefence”nin məlumatına görə, “5.11 Tactical” məhsullarının satışı Azərbaycanın “Alfa Marine” şirkəti tərəfindən həyata keçirilir.

Dünyanın tanınmış brendlərindən olan “5.11 Tactical”ın məhsulları arasında müxtəlif kamuflyajlar, alpinist vasitələri, xüsusi təyinatlılar üçün vasitələr, çantalar, işıqlar, bıçaqlar, müxtəlif aksesuarlar, ekstremal idman növləri ilə məşğul olanlar üçün geyimlər, avadanlıqlar və s. yer alır.