29/03/2016 12:32

Ка-52K-nın silah arsenalı artırılır

Rusiyanın “Vertoletı Rossii” şirkəti Ка-52 helikopterinin gəmi bazalı tipinin imkanlarının genişləndirilməsi layihəsi üzərində işlər davam etdirilir.

“AzeriDefence”nin məlumatına görə, bu barədə açıqlamanı yerli mediaya şirkətin baş direktorunun müavini İqor Çeçikov verib.

Onun sözlərinə görə, bu helikopterlər “Mistral” tipli gəmilərdə bazalaşa biləcəklər.

İ. Çeçikov deyib ki, şirkət adıçəkilən məhsulun satışından narahatlıq keçirmir və xarici bazarda tələbatın olacağına da inanır.

O bildirib ki, layihəyə əsasən, helikopterin silah arsenalı artırılacaq, korroziyaya qarşı zəruri tədbirlər həyata keçiriləcək.

Xatırladaq ki, Ka-52K helikopteri Ka-52-nin gəmi bazalı modelidir.
.