29/10/2015 09:30

ABŞ yeni helekopterinin görüntüsü yayıldı – VİDEO

ABŞ-ın yeni istehsal etdiyi CH-53K “King Stallion” helikopterinin video görüntüsü yayılıb.

“AzeriDefence”nin məlumatına görə, ağır tonnajlı helekopter sinifinə daxil olan CH-53K “King Stallion”un video çəkilişi oktyabrın 27-də aparılıb. Görüntüdə helikopter yerdə hərəkət edir və qalxma imkanlarını nümayiş etdirir.

Məlumatda o da qeyd olunub ki, hazırda “Sikorsky” şirkəti helikopterin tamamlanma-modernləşdirmə işlərini həyata keçirir.

Mütəxəssislərin fikrinə görə, helikopter istismara verilməyə hələ tam hazır deyil. Bunun üçün əlavə tamamlama işlərinin həyata keçirilməsinə ehtiyac var.