21/09/2012 11:04

AAD-2012 sərgisi – FOTO

Cənubi Afrika Respublikasının (CAR) paytaxtı Pretoriya şəhərində sentyabrın 19-da başlamış Africa Aerospace and Defence 2012 (AAD-2012) beynəlxalq müdafiə sərgisi davam edir. “AzeriDefence”nin məlumatına görə, sərgidə 360-dan artıq şirkət öz məhsul və xidmətlərini sərgiləyir. BAE Systems, Denel, Rheinmetall, Paramount Group, MTL Group kimi bir sıra şirkətlər öz yeni məhsullarını ilk dəfə AAD-2012-də nümayişə çıxarıb.
Sərgidə Rusiya, Türkiyə, İtaliya, Almaniya, Belçika, Çin, ABŞ, Böyük Britaniya, Rumıniya, Pakistan, Braziliya, Hindistan milli pavilyonla təmsil olunur.

AAD-2012 sərgisində dünyanın müdafiə sənayesinin tanınmış firmalarından Aerosud, AgustaWestland, Alenia, ATLAS Elektronik, BAE Systems, Beretta, Boeing, BRAHMOS Aerospace, Carl Zeiss Optronics, CATIC, Cobham, Colt Defense, Damen Shipyards, DASSAULT Aviation, DCNS, DENEL, EADS, Eurocopter, Embraer, Fincantieri, Finmeccanica, FLIR Systems, Harris, HESCO, Hindustan Aeronautics Limited (HAL), KADDB, L-3, Lockheed Martin, MAN, MBDA, Mercedes-Benz, MTU, Navantia, Navistar Defense, NORINCO, Paramount Group, Pelican, Pilatus, Raytheon, Rheinmetall, Rohde & Schwarz, Rosoboronexport, RUAG, Russia Helicopters, SAAB, Safran, Siemens, SIG Sauer, THALES, Thyssenkrupp, Ukrspecexport, OTOKAR, ROKETSAN və s. yer alır.

Qeyd: Aşağıda təqdim olunan fotolar www.miltechmag.com saytından götürülüb.