18/09/2012 09:10

AAD-2012 sərgisində 360-dan artıq firma təmsil olunacaq

Sentyabrın 19-dan 23-dək Cənubi Afrika Respublikasının (CAR) paytaxtı Pretoriya şəhərində keçiriləcək Africa Aerospace and Defence 2012 (AAD-2012) beynəlxalq müdafiə sərgisinə hazırlıq işləri başa çatıb. Bu barədə “AzeriDefence” sərginin saytına istinadən məlumat yayıb.

Sərgi sentyabrın 19-dan 21-dək ictimaiyyətin nümayəndələri üçün açıq olacaq. Sentyabrın 22 və 23-də isə AAD-2012 aviaşousu olacaq. Sərgidə 28 ölkədən ziyarətçi qeydiyyatdan keçib.

Sərgidə Rusiya, Türkiyə, İtaliya, Almaniya, Belçika, Çin, ABŞ, Böyük Britaniya, Rumıniya, Pakistan, Braziliya, Hindistan milli pavilyonla təmsil olunacaq. Sərgi günü Pretoriyada təhlükəsizlik gücləndirilmiş rejimdə təşkil ediləcək.

Dünyanın müxtəlif ölkələrindən 360-dan artıq şirkət artıq sərgidə iştirakını təsdiqləyib. AAD-2012 sərgisində dünyanın müdafiə sənayesinin tanınmış firmalarından Aerosud, AgustaWestland, Alenia, ATLAS Elektronik, BAE Systems, Beretta, Boeing, BRAHMOS Aerospace, Carl Zeiss Optronics, CATIC, Cobham, Colt Defense, Damen Shipyards, DASSAULT Aviation, DCNS, DENEL, EADS, Eurocopter, Embraer, Fincantieri, Finmeccanica, FLIR Systems, Harris, HESCO, Hindustan Aeronautics Limited (HAL), KADDB, L-3, Lockheed Martin, MAN, MBDA, Mercedes-Benz, MTU, Navantia, Navistar Defense, NORINCO, Paramount Group, Pelican, Pilatus, Raytheon, Rheinmetall, Rohde & Schwarz, Rosoboronexport, RUAG, Russia Helicopters, SAAB, Safran, Siemens, SIG Sauer, THALES, Thyssenkrupp, Ukrspecexport ilə yanaşı müxtəlif məhsulların istehsalı və xidmətlərin göstərilməsini həyata keçirən firmalar da yer alacaq.

Sərgidə Türkiyə müdafiə sənayesi də milli pavilyonda təmsil olunacaq. Türkiyə Müdafiə Sənayesi Katibliyinin rəhbərlik edəcəyi pavilyonda GATE Elektonik, Istanbul Shipyard, MIKES, OTOKAR, Oztiryakiler, ROKETSAN, Samsun Yurt Savunma, Sarsilmaz və TISAS firmaları təmsil olunacaq.