14/08/2012 09:28

AAD-2012 yaxınlaşır

Sentyabrın 19-dan 23-dək CAR-ın paytaxtı Pretoriyada keçiriləcək AAD-2012 (Afrika Aviasiya və Müdafiə) sərgisində 20 min qonaq və 116 VIP nümayəndə heyətinin iştirakı gözlənilir.Bu barədə “AzeriDefence” sərginin təşkilat komitəsinə istinadən məlumat verib.

Sərgidə Hindistan, Rusiya, Türkiyə, İtaliya, Almaniya, Belçika, Çin, ABŞ, Böyük Britaniya, Rumıniya, Pakistan, Braziliya və Cənubi Koreya da daxil olmaqla 13 milli pavilyon olacaq. Tədbirdə 28 ölkədən şirkətlər və ziyarətçilər iştirak edəcək.

Sərginin sponsorları sırasında ARMSCOR, BAE Systems, CSIR, DCD, Denel, Integrated Convoy Protection, Mercedes Benz, Paramount Group və Thales Group şirkətləri çıxış edir.

Sərginin ilk üç günü ənənəvi olaraq ictimaiyyət üçün açıq olan iki aviaşou keçiriləcək. Ümumilikdə AAD-2012 aviaşousunda 90 mülki və hərbi təyyarə iştirak edəcək.