08/09/2017 11:08

“Abrams” tankları modernizə ediləcək

“General Dynamics Land Systems” (GDLS) şirkəti ABŞ Ordusunun “Abrams” döyüş tanklarının modernizə edəcək.

“AzeriDefence”nin xarici mətbuata istinadən verdiyi məlumata görə, GDLS şirkətinin iki yeni saziş çərçivəsində ABŞ Ordusunun “Abrams” döyüş tanklarının modernləşdirmə işlərini həyata keçirməsi planlaşdırılır.

Şirkət, M1A2 “Abrams” tankını SEP V3 müxtəlif dizaynlarda modernizə edərək, SEP V4 versiyası səviyyəsinə yüksəldəcək.

Dəyəri 311 mln. ABŞ dolları olan ilk müqavilə 7 ədəd SEP V4 prototip istehsalını əhatə edəcək. İkinci sazişin dəyəri 270 mln. dollar olmaqla, 45 ədəd M1A2 “Abrams” tankının SEPV3 layihəsi əsasında modernizə edilməsini nəzərdə tutur.