14/02/2017 16:02

“Abrams”ın texniki imkanları yüksəldilir

ABŞ Silahlı Qüvvələrinin əsas tankı olan “Abrams” üzərində modernləşmə proqramına başlanılıb.

“AzeriDefence”nin məlumatına görə, ABŞ Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, ordu komandanlığı M1A2 “Abrams” tankının SEP V4 versiyası səviyyəsinə çatdırılması üçün modernləşmə işlərinə başlamaq qərarına gəlib.

2021-ci ilə qədər modernləşmə işlərinin yekunlaşdırılacağını planlaşdıran “Pentaqon” yeniləmə prosesindən sonra tankın daha sürətli, qorumalı və güclü olacağı qənaətindədir.

Modernləşmə çərçivəsində tankın elektronikası tam yenilənəcək. Bununlada geniş videogörüntü imkanları, hədəfi aşkar etmək, müşahidəni həyata keçirmək, məsafəni müəyyənləşdirmək xüsusiyyətləri “Abrams”ın texniki xarakteriskasına daxil ediləcək.

Tankın topu (120 mm-lik) üzərində heç bir yenilik aparılmasa da üzərindəki silahların çeşidi artırılacaq.