08/11/2017 14:38

ABŞ 2030-cu ildən döyüş təyyarələrinin toplarını lazer silahla əvəz edəcək

ABŞ Hərbi Hava Qüvvələrinin Araşdırma Laboratoriyası (AFRL) “Lockheed Martin” şirkəti ilə yüksək güclü fiber lazerin dizaynı, yaradılması və istehsalı layihəsinə başlayıb.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “Lockheed Martin” şirkəti məlumat yayıb.

Self-protect High Energy Laser Demonstrator (SHiELD) proqramnı çərçivəsində AFRL ilə “Lockheed Martin” arasında 26.3 milyon dollar dəyərində müqavilə imzalanıb. Layihə çərçivəsində AFRL lazeri 2021-ci ilə qədər döyüş təyyarələrinin üzərində test etməyi planlaşdırır.

Qeyd edək ki, ABŞ Hərbi Havva Qüvvələri 2030-cu ildən döyüş təyyarələrinin toplarını lazer toplarla əvəz etməyi planlaşdırır.