29/01/2012 09:55

ABŞ bombaların dağıdıcı qüvvəsini gücləndirəcək

ABŞ Silahlı Qüvvələrinin sərəncamında olan qeyri-nüvə bombasının dağıdıcı qüvvəsinin daha da gücləndirilməsi üçün yeni fəaliyyətə başlayıb. Pentaqon rəhbərliyinin fikrincə, qeyri-nüvə bombaları İran ərazisində yeraltı istehkam qurğularının dağıdılması üçün çox zəifdir. Sınaqlar zamanı məlum olub ki, bu tapşırığın öhdəsindən hətta yeraltı istehkam əleyhinə olan 13,6 tonluq GBU-57 bombaları da gələ bilmir.

Bu bombalar İranda və Koreya Xalq Demokratik Respublikasında nüvə fəaliyyətinin gizlin saxlanılması məqsədilə tikilən yeraltı tikililərin məhv edilməsi üçün hazırlanıb. Sınaqlar zamanı məlum olub ki, İranda bəzi istehkam qurğuları həm çox dərində yerləşir, həm də əlavə müdafiə vasitələri ilə təmin olunub.

Qeyd edək ki, sonuncu dəfə “Boeing” şirkəti tərəfindən ABŞ Hərbi Hava Qüvvələri üçün MOP (Massive Ordnance Penetrator) adlı betondeşən aviabomba 61 metr qalınlığındakı betonu dəlmək qabiliyyətinə malikdir. Dünyanın ən ağır aviabombasının göstəriciləri isə belədir: uzunluğu – 6 metr, diametri – 0,8 metr, çəkisi – 14 ton, partlayıcı hissəsi 2,4 ton.