05/12/2016 14:57

“DroneGun” antidron sistemi nümayiş olunub

“DroneShield” şirkəti pilotsuz uçuş aparatlarını (PUA) zərərsizləşdirmək üçün daşınan antidron sistemi yaradıb.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, yeni texnologiya “DroneGun” multikopterlərin idarəetmə siqnalları neytrallaşdırır və öz komandası altına ala bilir.

Avadanlığı hazırlayan mütəxəssisələrin sözlərinə görə, “DroneGun”un əhatə dairəsi 1,6 km-dir. Bu məsafədə sistem PUA-nın operatorla əlaqəsini kəsə və video-siqnalların qarşısını ala bilir.

Avadanlıq xarici görünüşcə silaha oxşasa da iş prinsipi jammerə uyğundur.

Şirkət avadanlığı yalnız hərbi məqsədlər üçün yaradıb və mülki şəxslərə və qurumlara satışı qadağandır.

Texnika nəzərdə tutulan test-sınaqları keçdirkdən sonra ABŞ ordusunda silahlanmaya verilə bilər.