28/03/2017 16:27

ABŞ-da yeni tank əleyhinə raket kompleksinin sınaqlarına başlanılıb

ABŞ “Javelin” FGM-148 tank əleyhinə raket kompleksinin (TƏRK)  yeni versiyasının sınaqlarına başlayıb.

“AzeriDefence”nin “janes.com”a istinadən verdiyi məlumatına görə, kompleksin yeni versiyası FGM-148F adlanır.

Kompleksin yeni versiyası döyüş çox məqsədli olması ilə digərindən fərqlənir.

“Javelin Joint Venture” (JJV) müəssisəsinin nüfuzlu “Lockheed Martin” və “Raytheon” şirkətləri ilə birgə yaratdığı FGM-148F qəlpəli mərmisi asanlıqla düşmənin canlı qüvvəsini, az zirehli hədəflərini məhv edir, müdafiə qurğusunu dağıdır.

Bundan başqa silah tank və güclü zireh qatı olan hədəfləri də sıradan çıxarda bilir.

Məlumatda o da qeyd olunub ki, ötən il FGM-148F kompleksinin yaradılması işləri silahda yaranmış bəzi problemlər səbəbindən dayandırılmışdı. Sınaqlar bitdikdən sonra kompleksin silahlanmaya veriləcəyi nəzərdə tutulub.