31/01/2012 13:59

ABŞ Dəniz Qüvvələri MFAS sensorunu sınaqdan keçirdi

ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanlığı RQ-4C BAMS pilotsuz uçucu aparatı üçün nəzərdə tutulmuş radiolokasiya stansiyasının uçuş sınaqlarına başlayıb. “AzeriDefence” saytının məlumatına görə, RLS-in ilk sınaqları dekabrın 16-da ABŞ-ın Kaliforniya ştatında yerləşən poliqonunda “Northrop Grumman” şirkəti tərəfindən hazırlanan “Gulfstream” uçuş aparatlarında keçirilib.

Dəniz patrul radar sistemi olan çoxfunksiyalı aktiv sensorla təchiz olunmuş aparatın uçuşu iki saat çəkib.

Çoxfunksiyalı aktiv sensor MFAS kəşfiyyat məqsədləri üçün 360 dərəcə görmə və müşahidə etmə imkanına malikdir. Bu açıq okeanda və sahil rayonlarında böyük məsafələrdə kəşfiyyat aparmaq üçün üstünlük yaradır.

RQ-4C BAMS ilk uçuşu bu il nəzərdə tutulur. Əməliyyatlara cəlb olunmasına isə 2015-ci ildən başlanması nəzərdə tutulub.