26/01/2012 13:42

ABŞ Donanması “E-2D Advanced Hawkeye” alır

ABŞ Hərbi Dəniz Donanması “Northrop Grumman” şirkəti ilə modernləşdirilmiş amfibiya tipli “E-2D Advanced Hawkeye” uzaq mənzilli radiolokasiya kəşfiyyatı təyyarələrinin alınmasına dair saziş imzalayıb.

“Northrop Grumman” şirkətinin yaydığı məlumata görə, 781,5 milyon ABŞ dolları məbləğində razılaşmaya əsasən müəssisə ABŞ Hərbi Dəniz Donanmasına 5 ədəd “E-2D Advanced Hawkeye” təyyarəsini ççatdıracaq. Razılaşmaya əsasən təyyarələrin donanmaya verilməsi prosesi 2015-ci ilin mayında yekunlaşacaq.