08/11/2017 14:16

ABŞ donanması üçün yeni insansız sualtı qayıq yaradılacaq

ABŞ Hərbi Dəniz Qüvvələri “Lockheed Martin” şirkəti ilə “Orca” insansız sualtı vasitənin (qayıq) yaradılmasına dairmüqavilə bağlayıb.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “Lockheed Martin” şirkəti məlumat yayıb.

Dəyəri 43.2 milyon dollar təşkil edən müqavilə çərçivəsində 2020-ci ilə qədər ilk 5 prototip hazır olacaq. Ekspertlərin fikrincə, “Orca” sualtı aparatı Rusiyanın buna oxşar layihəsi olan “Status-6″ya cavab olacaq.

“Orca” digər sulatı aparatlardan yalnız böyük ölçüdə olmasına görə fərqlənməyəcək. O həmçinin, uzaq məsafəyə hərəkət etmə və çox funksiyalı olması ilə seçiləcək. Onun daxili yük saxlama yeri yenidən qurula bilər. İstismara verildikdən sonra “Orca” uzaq ərazilərdə müstəqil xidmət apara və vaxtaşırı nəzarət mərkəzi ilə əlaqə qura biləcək. Verilən tapşırıq missiyası bitdikdəm sonra, onlar özləri müstəqil şəkildə bazaya qayıda biləcəklər.

Layihənin əsas məqsədi, dənizçiləri təhlükəyə məruz qoymadan, sualtı əməliyyatların keçirilməsi üçün maddi xərcləri azaltmaqdan ibarətdir.

“Orca” kəşfiyyat, müşahidə, mina əleyhinə müdafiə və döyüş əməliyyatları üçün bir simulaytor kimi fəaliyyət göstərəcəkdir.