30/01/2018 12:31

ABŞ Əfqanıstan Ordusuna “Black Hawk” helikopterlərinin növbəti partiyasını təhvil verib

ABŞ Əfqanıstan Hərbi Hava Qüvvələrinə (HHQ) çoxməqsədli UH-60A+ “Black Hawk” helikopterlərinin ikinci partiyasını təhvi verib.

“AzeriDefence”nin “Defence-blog”a istinadən verdiyi xəbərə görə, Əfqanıstan Ordusuna “Sikorsky” şirkətinin növbəti 4 ədəd UH-60A + “Black Hawk” helikopterləri çatdırılıb.

Xatırladaq ki, ABŞ Əfqanıstan HHQ-yə çoxməqsədli UH-60A+ “Black Hawk” helikopterlərinin ilk 4 ədədini 2017-ci ilin sentyabrında təhvil verib.

Məlumatda o da qeyd olunub ki, ABŞ Müdafiə Nazirliyi 2020-ci ilə qədər Əfqanıstana 159 ədəd bu cür helikopterlərin tədarükünü planlaşdırır.

UH-60 “Black Hawk” helikopteri Əfqanıstan Hərbi Hava Qüvvələrinin arsenalındakı Rusiya istehsalı olan Mi-17 helikopterlərini əvəz etməsi üçün nəzərdə tutulub. Hazırda Əfqanıstan HHQ-nin istismarında 50 ədəd Mi-17 helikopteri yer alır.