13/03/2018 14:18

ABŞ Əfqanıstana kəşfiyyat-müşahidə təyyarələri göndərəcək

ABŞ Əfqanıstan Hərbi Hava Qüvvələrini “Orbital ATK” şirkətinin istehsalı olan AC-208 silahlı kəşfiyyat-müşahidə xarakterli təyyarələr ilə təmin edəcək.

“AzeriDefence” “Janes”ə istinadən xəbər verir ki, bunun üçün “Orbital ATK” şirkəti ABŞ Hərbi Hava Qüvvələri ilə AC-208 təyyarələrinin alğı-satqısına dair müqavilə imzalayıb.

7 ədəd hərbi təyyarənin tədarükünü nəzərdə tutan müqavilənin dəyəri 86.4 milyon ABŞ dolları təşkil edib. Sözügedən təyyarələrin 2019-cu ilin iyun ayına qədər Afqanıstan Ordusuna çatdırılması planlaşdırılır.