23/09/2015 10:12

F-35-in bilgiləri Cənubi Koreyaya verilmədi: ABŞ-dan qadağa

 

ABŞ F-35-in texnologiyası barədə dörd əsas bilgini Cənubi Koreyaya verməkdən imtina edib.

“AzeriDefence”in ABŞ mediasına istinadən verdiyi xəbərinə görə, ABŞ hökuməti “Lockheed Martin” şirkətinə F-35 döyüş təyyarəsinin 4 vacib texnoloji detalı haqda Cənubi Koreyaya informasiya verməsini qadağan edib.

Hökumətdən bildirilib ki, rəsmi Vaşinqton bu qərarı dövlət maraqlarına söykənərək verib.

Xəbərdə bildirilib ki, məxfi saxlanılan həmin 4 əsas texnoloji məqam bunlardır: Təyyarənin AFAR RLS-i, axtarış və hədəfi izləmə sistemi, o cümlədən optik hədəf və radiotezlik sistemi;

Xatırladaq ki, razılaşmaya əsasən, ABŞ Cənubi Koreyaya 40 ədədi F-35A döyüş təyyarəsi satacaq. Müqavilənin dəyəri 7,04 milyard dollardır.