17/08/2017 15:56

ABŞ “F-35A Lightning II” təyyarələrində ilk operativ silah sistemini test edib

ABŞ-ın “F-35A Lightning II” təyyarələri “Combat Hammer” adı verilən ilk operativ silah sisteminin qiymətləndirmə testini tamamlayıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin yaydığı xəbərdə bildirilib.

Qiymətləndirmə proqramının ilk mərhələsi və sınaq testinin nəticələri ilə bağlı edilən açıqlamada vurğulanıb ki, hər şey planlaşdırıldığı kimi gedib, yüksək performans nümayiş olunub.

“Combat Hammer” müharibə ərazisində rast gəlinən “sürpriz”lərin qarşısını almaq məqsədilə nəzarətli bir dairədə potensial problemləri aşkarlayan proqramdır.