30/01/2017 16:59

ABŞ Hərbi Hava Qüvvələri yeni təyyarələr alır

“Boeing” şirkəti ABŞ Hərbi Hava Qüvvələrindən 2,1 milyard dollar dəyərində sifariş alıb.

Bu barədə “AzeriDefence” “Boeing” şirkətinə istinadən məlumat verib.

Müqavilə çərçivəsində “Boeing” şirkəti ABŞ Hərbi Hava Qüvvələrini 15 ədəd KC-46A tanker təyyarəsi, iki ehtiyat mühərriki və 5 ədəd yanacaq doldurma çəni ilə təmin edəcək.

Məlumatda o da bildirilib ki, ABŞ Hərbi Hava Qüvvələri “Boeing” şirkətinə 19 ədəd tanker təyyarəsini əhatə edən ilk sifarişini 2016-cı ilin avqustunda verib.

“Boeing” 19 ədəd tanker təyyarəsini sifarişçiyə 2018-ci ilin əvvəlinə qədər təhvil verməyi planlaşdırır.

Qeyd edək ki, havada analoqlarını yanacaqla təmin edəcək KC-46A təyyarəsi ABŞ Hərbi Hava Qüvvələri ilə birgə yaradılıb. Bu təyyarə “Boeing 767-2C”nin bazasında formalaşdırılıb. Daha modern texnologiya ilə təchiz edilən KC-46A 35 min fut (10670 m) hündürlükdə uçuş həyata keçirə bilir.