25/02/2012 10:54

ABŞ Hərbi-Dəniz Qüvvələrləri “SeaFox”u təkmilləşdirir

ABŞ-ın Hərbi-Dəniz Qüvvələrləri “SeaFox” dəniz minalarının neytrallaşdırılması sisteminin təkmilləşdirməsi üçün Lockheed Martin şirkəti ilə müqavilə bağlayıb. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Müqavilənin dəyəri 45,57 mln. ABŞ dolları təşkil edir. Müqavilə çərçivəsində şirkət “SeaFox” idarə olunan sualtı aparatlarının distans axtarış və minaların neytrallaşdırılması sistemin təkmilləşdirməli, sınaqlarını keçirməlidir.

İşlər 2013-cü ilin martına qədər başa çatacaq.