30/06/2012 05:46

ABŞ Hərbi Hava Qüvvələri “hava-səth” raketlərinin sayını artırır

ABŞ Hərbi Hava Qüvvələri (HHQ) “hava-səth” sinifinə aid olan “JASSM” (Joint Air-to-Surface Standoff Missile) və “JASSM-ER” raketləri təmin olunacaq.

“AzeriDefence”in “Lockheed Martin” şirkətinin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, ABŞ HHQ bir müddət əvvəl “Lockheed Martin” şirkəti ilə daha uzun məsafədə qapalı yeri dələ bilən və dağıdıcı qüvvəyə malik adıçəkilən raketlərin alınmasına dair 241,6 milyon dollar məbləğində müqavilə imzalayıb.

Müqaviləyə baza versiyalı 191 və ER modelli 30 raketin alınması, o cümlədən yoxlama-ölçü cihazları və texniki xidmət daxildir. Sifariş şirkətin Alabama ştatının Troy şəhərində icra ediləcək. Bu günə qədər isə şirkət istehsal edilməsi nəzərdə tutulan 4900 “JASSM” və “JASSM ER” raketlərindən 1100-nü istehsal edib.