26/06/2017 14:58

ABŞ-ın ballistik raket sınağı uğursuzluqla nəticələnib

ABŞ-ın son bir ay içərisində ikinci dəfə keçirdiyi orta mənzilli ballistik raket sınağı uğursuzluqla nəticələnib.

“AzeriDefence” xarici mediaya istinadən verdiyi məlumat görə, bu barədə ABŞ Raket Əleyhinə Müdafiə Agentliyi açıqlama yayıb.

Bildirilib ki, test edilən orta mənzilli ballistik raket iyunun 24-də saat 19.20-də “Hawaii” test mərkəzindən buraxılıb. Ballistik raketin qarşısını almaq üçün Sakit Okeanda “USS Con Pol Cons” gəmisindən də SM-3 Block IIA tipli idarə olunan raket atılıb.

Sınağın uğursuz keçdiyi bildirilən açıqlamada həm ballistik raketin, həm də SM-3 Block IIA tipli raketin dənizə düşdüyü qeyd edilib.

Qeyd edək ki, ötən ay ABŞ bu ballistik raketin bənzərini sınaqdan keçirib. “Marshall” adlandırılan ballistik raket Kaliforniya ştatında yerləşən “Vandenberq” aviasiya bazasından buraxılıb və Sakit Okeanda önləmə raketiylə məhv edilib.