16/02/2017 22:11

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Bakıdan Ankaraya gedir

Bakıda səfərdə olan ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Cozef Danfordun rəhbərlik etdiyi nümayəndə heyətinin sabah Türkiyəyə gedəcəyi planlaşdırılıb.

“AzeriDefence”nin “A Haber” saytına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Milli Müdafiə naziri Fikri İşıq bildirib.

Nazirin sözlərinə görə, səfər çərçivəsində Cozef Danford Türkiyənin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar ilə görüşü olacaq.

Fikri İşıq bildirib ki, Türkiyə ABŞ ilə bölgədə bərabər mübarizə aparır.