27/02/2017 12:15

ABŞ-ın “Bradley” piyadaların döyüş maşınının modernləşdirilmiş versiyası təqdim olunub

Böyük Britaniyanın “BAE Systems” şirkəti “Bradley” M2A3 piyadaların döyüş maşınının təkmilləşdirilmiş versiyasının təqdimatını keçirib.

“AzeriDefence”nin xəbərinə görə, tırtıllı nəqliyyat vasitəsi olan “Bradley” M2A3 ABŞ Silahlı Qüvvələrinin əsas piyada transportyorudur.

Təkmilləşmə nəticəsində maşının döyüş qabiliyyəti yüksəldilib.

Moderinləşdirilən “Bradley”in yeni versiyasının ən böyük üstünlüklərindən biri də onun əldə qayırma partlayıcılara (İED) qarşı yüksək müdafiə təmin etməsidir.

Analoqlarından yüksək manevr qabiliyyətinə, dözümlüyü və döyüş üstünlüyünə görə fərqlənən “Bradley” M2A3 eyni zamanda mina, artilleriya mərmiləri partlayışına, həmçinin ballistik müdafiə imkanlarına daha çox üstünlüklər verir.

Zirehli maşın uzaq məsafədən nəzarət və izləmə imkanına malik elektro-optik sistemlərlə, təchiz edilib