04/12/2017 22:33

ABŞ-ın daimi nümayəndəsi: NATO Azərbaycanla sıx əlaqələrini davam etdirmək niyyətindədir

NATO Azərbaycanla sıx əlaqələrini davam etdirmək niyyətindədir.

“AzeriDefence”nin “Trend“ə  istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beli deyib.

Daimi nümyəndə əlavə edib: “Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun mənzil-qərargahında olub. Qeyd etmək istəyirəm ki, Azərbaycan NATO-nun missiyalarında əhəmiyyətli rol oynayıb və biz bu ölkə ilə sıx əlaqələrimizi davam etdirmək istəyirik”.

Qeyd edək ki, noyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib.