09/01/2017 15:36

ABŞ-ın dünya ölkələrindəki gizli PUA bazaları məlum olub

abs_pua

ABŞ Avropa, Afrika və Asiyada 20 aviasiya bazasında pilotsuz uçuş aparatları (PUA) yerləşdirib.

Bu barədə “AzeriDefence” “Mydroneland” saytına istinadən məlumat verib.

5 müxtəlif tipli PUA-lar 15  ölkə ərazisində dislokasiya olunub.

Məlumatda o da qeyd olunub ki, ABŞ bir çox ölkədə gizli apardığı əməliyyatlarda pilotsuz uçuş aparatlarından intensiv olaraq istifadə edir.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi, Hərbi Hava Qüvvələri və Quru Qoşunlarına aid hücum və kəşfiyyat versiyalı PUA-lar Afrika qitəsində, Yəmən, İran, Pakistan və Əfqanıstanda davamlı istifadə olunur.

Xəbər Lenti