28/11/2017 15:58

ABŞ-ın dünya üzrə ən iri hərbi kontingentinin yerləşdiyi ölkələr – SİYAHI

ABŞ Müdafiə Nazirliyi dünya üzrə ən iri hərbi kontingentinin yerləşdiyi ölkələrin siyahısını açıqlayıb.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi xəbərə görə, ABŞ Müdafiə Nazirliyinin hesabatında hazırda İraq, Əfqanıstan və Suriya ərazisində ABŞ hərbçilərinin sayının 26 000 civarında olduğu qeyd olunub.

Hesabatda göstərilib ki, Əfqanıstanda 15 298, İraqda 8 892, Suriyada 1 720 hərbçi yerləşdirilib.

Bildirilib ki, ABŞ-ın dünya üzrə ən iri hərbi kontingentinin yerləşdiyi ölkələr Yaponiya, Almaniya və Cənubi Koreyadır. Yaponiyada 45 minə yaxın, Almaniyada 36 min və Cənubi Koreyada 25 minə yaxın hərbçi yerləşdirilib.

Ümumilikdə xarici ölkələrdə yerləşdirilən ABŞ hərbi komtingetinin sayı 257 300 nəfər təşkil edir.