29/01/2018 17:20

ABŞ-ın kəşfiyyat-müşahidə xarakterli “yarasa” PUA-sı – VİDEO

ABŞ Müdafiə Nazirliyi yarasa formasında pilotsuz uçuş aparatının (PUA) yaradılması üçün tender elan edib.

“AzeriDefence” xarici mediaya istinadən xəbər verir ki, yeni hazırlanacaq pilotsuz uçuş aparatı kəşfiyyat-müşahidə xarakterli olacaq. Tender qalibi Pentaqon tərəfindən yeni PUA-nın hazırlanması üçün qrant alacaq.

“Defence News” jurnalı xəbər verir ki, müasir PUA-lar helikopter və təyyarələrə oxşar şəkildə yaradılır. Bu tipli PUA-lara hərəkətdə olduqları zaman səs-küy yaradır ki, bu da gizli nəzarəti mümkünsüz edir. Səssiz uça bilən PUA kəşfiyyat sirrini də təmin edir. Yarasa formasında hazırlanancaq PUA-ların qanadları olduğuna görə, manevr etmə imkanları da artacaq. Yüksək manevr qabiliyyətinə sahib olacaq PUA-ların vurulması, sıradan çıxarılması da çətinləşəcək.

Qeyd edək ki, ötən ilin fevralında ABŞ Texnoloji Universitetində amerikalı alimlər “Bat Bot” və ya “Bot-Yarasa” adlı PUA-nın maketini yaradıblar. Hazırlanan pilotsuz aparat (maketi) qanadlar vasitəsilə əsl yarasa kimi başı aşağı uçmaq imkanına malikdir. Dronun çəkisi 85 qram təşkil edir. Cizahın hər bir qanadında doqquz element var ki, onlardan dördü passiv, beşinin isə funksiyası müstəqildir. “Bat Bot” layihəsinin dəyəri təxminən 1,5 milyon dollar təşkil edir.