06/11/2017 14:22

ABŞ-ın məxfi avasiya raketi layihəsi aşkara çıxdı

ABŞ “hava-hava” tipli yeni uzaq mənzilli aviasiya raketinin yaradılmasına başlayıb.

“AzeriDefence”nin “Flight International” nəşrinə istinadən verdiyi xəbərə görə, bununla bağlı məlumat ABŞ Müdafiə Nazirliyinin 2018-ci ilin büdcə sənədlərində öz əksini tapıb.

Bildirilib ki, daha əvvəl məxfi proqram olan LREW (Long-Range Engagement Weapon) layihəsi çərçivəsində həyata keçirilən eyni adlı yeni raketin konsepsiyası ötən il hazırlanıb və dizayn, mühəndislik və atış sistemlərilə əlaqədar araşdırmalar tamamlanıb.

LREW raketinin ABŞ Ordusunun bir neçə növündə silahlanmaya qəbul ediləcəyi nəzərdə tutulub.

Yeni raketin “Raytheon” şirkətinin istehsalı olan 160 km mənzilli AIM-120D AMRAAM “hava-hava” sinifli aviasiya raketlərini əvəz edəcəyi və əsasən beçinci nəsil F-22 döyüş təyyarələrinə inteqrasiya olunacağı planlaşdırılır.