09/09/2017 15:09

ABŞ-ın yeni tiltrotor tipli təyyarəsinin yaradılma işləri tamamlanıb

ABŞ-ın yeni tiltrotor tipli Bell V-280 “Valor” təyyarəsinin yaradılma işləri tamamlanıb.

Bu barədə “AzeriDefence” “Bell Helicopter” şirkətinin rəsmi saytına istinadən məlumat verib.

V-280 ABŞ Ordusunun aviasiya ehtiyaclarını qarşılamaq üçün “Bell Helicopter” və “Lockheed Martin” şirkətləri tərəfindən yaradılıb.

Məlumatda bildirilib ki, V-280 “Valor” tiltrotor tipli təyyarənin sürət, mənzil və operativliyinin artırılması məqsədilə hazırlanıb. Təyyarənin prototipi ilk dəfə 2013-cü ildə Texas ştatının Fort Vort şəhərində keçirilən sərgidə rəsmi olaraq təqdim olunub.

Yeni Bell V-280 “Valor” təyyarəsinin ilk uçuşları 2017-ci ilin payızında keçiriləcəyi planlaşdırılıb.

Tiltrotorun uçuş menzili 500-800 deniz mili arasında deyişir. Maksimum sürəti 280 knot təşkil edən V-280 “Valor” 4 nəfərlik ekipaj və 14 personal daşıma qabiliyyətinə malikdir. Təyyarə qanadlarının uçlarında yerləşən iki mühərriklə təchiz olunub.