06/01/2018 11:20

ABŞ Milli Təhlükəsizlik Agentliyinin rəhbəri istefa verir

ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) direktoru, admiral Maykl Rogers istefaya gedir.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “Washington Post” məlumat yayıb.

Agentliyin direktoru əməkdaşlarına yazda vəzifəsindən istefa verəcəyini bəyan edib.

Maykl Rogers Milli Təhlükəsizlik Agentliyinin rəhbəri vəzifəsinə 2014-cü ildə keçmiş prezident Barak Obama tərəfindən təyin edilib.

Buna qədər admiral Maykl Rogers Sakit okean donanmasının kəşfiyyat əməliyyatlarına başçılıq edib və ABŞ Hərbi-Dəniz Qüvvələri kiberkomandanlığının rəhbəri olub.

Məlumatda o da qeyd olunub ki, MTA-nin yeni rəhbərinin adı cari ilin yanvarında məlum olacaq .