29/06/2015 15:00

ABŞ nüvəbaşlıqlı bombalarını F-35A döyüş təyyarələrində daşıyacaq

ABŞ Silahlı Qüvvələrində nüvə bombalarının daşıyıcıları ilə bağlı yeni proqram hazırlanır.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumata görə, “Nüvə proyekti” adlanan layihəyə əsasən, nüvə silahının F-35A sadə versiyalı döyüş təyyarələrinə inteqrasiya edilməsini nəzərdə tutulur.

Proqram 2020-2050-ci illər tarixində həyata keçiriləcək.

ABŞ Hərbi Hava Qüvvələrinin planına əsasən adıçəkilən təyyarələr üçün ilk belə nüvə bombası 2020-ci ildə silahlanmaya daxil ediləcək.

Qeyd edək ki, soyuq müharibə dövründə ABŞ 7000 min nüvə və nüvə başlıqlı boçbaya təkcə qərb ölkələrində malik idi. Bundan başqa ABŞ 3000 belə nüvə silahına Asiya-Sakit okean regionunda saxlayırdı. Bunlardan 1000-i yalnız Koreya yarımadasına idi.