25/07/2012 07:37

ABŞ Ordusu 100 ildən sonra yenə “Colt”u seçdi

ABŞ Dəniz Korpusu Colt şirkətindən 12 min ədəd M45 tapançası alır. Bu barədə “AzeriDefence” Colt Defense LLC şirkətinin saytına istinadən məlumat verib.

Artıq bununla bağlı tərəflər arasında alğı-satqı müqaviləsi imzalanıb və müqavilənin dəyəri 22 mln. 500 min ABŞ dollarıdır. Silahların çatdırılmasına bu il içərisində başlanacaq.

M45 tapançası Colt şirkəti tərəfindən 1911-ci ildə buraxılmış və ötən əsrdəki bütün müharibələrdə istifadə olunmuş M1911 tapançasının yeni versiyasıdır.