08/12/2017 18:46

ABŞ Ordusu 35 illik tapançalardan imtina edir

ABŞ Sillahlı Qüvvələrin invertarınta yer alan “M9 Berretta” tapançalarını yeni istehsal olunmuş M17 və M18 tapançaları ilə əvəz edir.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumata görə, “Sig Sauer” şirkəti tərəfindən istehsal edilən M17 və M18 tapançalarının 1980-ci illərdən silahlanmada yer alan M9-la müqayisədə istifadə rahatlığı və atış dəqiqliyi daha yaxşıdı.

Adını patron tutum sayından alan M17 silahı 9×19 mm-lik 17 patron tutumuna malik daraqla dəstləşdirilir. Effektiv atış mənzili 50 metr təşkil edən M17-nin boş halda çəkisi 833 qramdır.

Təxminən 500 000 ədəd istehsal olunacaq tapançalar ABŞ Ordusunun son zamanlarda miqdar baxımından ən böyük dəyişiklik layihəsi olaraq görülür.

“M9 Berretta”dan daha yüngül M17 ABŞ ordusunda sınaqdan keçirilib. İlk partiyası sifarişçiyə təhvil verilən M17 tapançalarla yaxın gələcəkdə bütün heyətin təmin olunması planlaşdırılır.