15/01/2018 11:54

ABŞ Ordusu əməliyyatlarda Wi-Fi istifadə edəcək

ABŞ Ordusu Wi-Fi texnologiyasını əməliyyat sahəsində istifadə edəcək.

“AzeriDefence”nin “C4 defence”yə istinadən verdiyi xəbərə görə, Wi-Fi texnologiyası ilə komanda-nəzarət və rabitə şəbəkəsi təhlükəsiz olaraq aktiv olacaq.

Wi-Fi texnologiyası komanda bölməsinin əməliyyat sahəsində “jump” adı verilən nöqtəyə daşınacaq. Etibarlı Wi-Fi buradan kritik rabitə şəbəkəsi və komanda-nəzarət sistemlərində istifadə olunacaq. Beləliklə, simli şəbəkə üzərində uzun sürən rabitə əlaqəsi Wi-Fi ilə qısa müddətdə həyata keçiriləcək.

2017-ci ilin noyabrında Kaliforniyada “Fort Irwin” paliqonunda təlimlərdə Wi-Fi ilə əməliyyat keçirilib. Wi-Fi sistemi sayəsində sürətli manevr, fasiləsiz əmr və göstərişlər, həmçinin şərti düşməndən daha sürətli hərəkət edilməsi təmin edilib.