27/09/2012 12:44

ABŞ Ordusu LJDAM sifariş verdi

ABŞ-ın Hərbi Dəniz Qüvvələri Boinq şirkəti ilə 22,7 milyon dollar dəyərində müqavilə imzalayıb. “AzeriDefence”nin məlumatına görə, müqaviləyə əsasən 2300 ədəd lazer idaretməli LJDAM aviabombaları alınacaq. Həmçinin, DAMTC (Direct Attack Moving Target Capability) proqramı çərçivəsində genişmiqyaslı istehsala start veriləcək.

Sursatların çatdırılması prosesinə 2013-cü ilin yazından başlanacaq və bu 2014-cü ilin ortalarına qədər davam edəcək.

Boenq şirkəti JDAM-ın istehsalına 1998-ci ildən başlayıb. İlk istehsal zamanı 238 min JDAM kompleksi silahlı qüvvələrə çatdırılıb.