27/11/2017 17:16

ABŞ Ordusu M249 pulemyotlardan imtina edir

ABŞ Silahlı Qüvvələri M249 yüngül pulemyotlardan imtina edir.

“AzeriDefence” xəbər verir ki bu haqda “Thefirearmblog” portalı məlumat yayıb.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) M249 yüngül pulemyotları yenisiylə əvəzləmək üçün tender keçirmək qərarına gəlib.

Pentaqon silah istehsalçılarından məlumat toplamaq üçün NGSAR proqramı çərçivəsində 12-13 dekabr tarixlərini “sənaye günü” elan edib. Bu proqram çərçivəsində istehsalçıların təkliflərinə baxılacaq. Hərbi müəssisələr bildirirlər ki, yeni silah ordu silahlandırılmasında yer alan silahların kütlə və qabaritlərinə cavab verməli, 600 – 1200 metr məsafədə yerləşən hədəfləri vurma qabiliyyətli olmalıdır.

Qeyd edək ki, FN M249 SAW Belçikanın “FN Minimi” əl pulemyotunun modifikasiya edilmiş variantıdır. 1974-cü ildə konstruktor Ernest Verver tərəfindən hazırlanan “Minimi” Belçikanın “FN Herstal” şirkəti tərəfindən istehsal olunub. Model o qədər uğurlu alınıb ki, hətta illər keçməsinə baxmayaraq populyarlığını saxlayır. 2016-cı ilin məlumatlarına görə, bu pulemyot müxtəlif modifikasiya və adlar altında 45 ölkənin silahlanmasında yer alıb.