28/04/2012 12:58

ABŞ Ordusu Remington şirkətindən 120 min ədəd M4/M4A1 karabini alır

ABŞ Ordusu Remington Arms şirkəti ilə 120 min ədəd M4/M4A1 karabininin satın alınmasına dair müqavilə bağlayıb. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Remington Arms şirkəti məlumat yayıb.

Bu silahlar – M4 və M4A1 karabinləri ABŞ Ordusunun əsas fərdi döyüş silahları olacaq. Müqavilə çərçivəsində çatdırılmalara 2013-cü ilin sentyabr ayında başlanacaq və başlanğıcda orduya 24 min ədəd M4A1 karabini veriləcək.

Qeyd edək ki, Remington şirkəti 1816-ci ildən silah istehsalı üzrə fəaliyyət göstərir.