30/11/2016 11:05

ABŞ Ordusu üçün yeni robot

“Roboteam” şirkəti yeni və təkmilləşdirilmiş “Probot” versiyalı tırtırlı maşın hazırlayıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “Roboteam” şirkəti açıqlama yayıb.

72 saat və ya 110 km məsafədə əməliyyat imkanı olan “Probot” bateriya və benzinlə işləyən generator ilə təchiz olunub.

“Probot” açıq və qapalı ərazilərdə xidmət aparmaq, 23 sm-ə qədər müxtəlif maneələri aradan qaldırmaq imkanına sahibdir.

215 kq ağırlığı olan “Probot” 750 kq faydalı yük daşıya bilir. Modul dairəvi işıqlandırma ilə təchiz olunub. Platformaya qurulan kamera vasitəsiylə -45 və +90 dərəcə bucaq altında, 1 km-ə qədər məsafənin birbaşa görüntüsünü 10 dəfə böyütmək mümkündür. Bundan əlavə platforma qapalı və açıq havada, şəhərdə avtomatik naviqasiya üçün sensorlar ilə təchiz olunub.

Qeyd edək ki, Roboteam şirkəti “Probot” maşınını ABŞ Ordusunun Çoxməqsədli Təchizat Nəqliyyatı Proqramı (Squad Multipurpose Equipment Transport-SMET) üçün hazırlayıb.