12/05/2017 15:51

ABŞ ordusu XM-25 “ağıllı” qumbaraatandan imtina edir

ABŞ ordusu “Orbital ATK” şirkəti ilə XM-25 “ağıllı” qumnaraatanına dair layihəyə xitam verib.

“AzeriDefence” xarici mətbuata istinadən xəbər verir ki, qumbaraatan Almaniyanın “Heckler Koch” şirkəti ilə birgə hazırlanırdı.

Şirkətlər arasında məhkəmə mübahisəsi, layihənin bağlanmasına səbəb olub. “Orbital ATK” şirkəti silahın 20 prototipi və qumbaraatanın hazırlıq prosesinin yarımçıq qalmasında “Heckler Koch”u ittiham edir.

XM-25 hazırlamasına 2000-ci illərin əvvlindən başlanılıb. Silah Almaniya şirkəti tərəfindən istehsal edilir. Amerika isə onun qumbaralarının hazırlaması ilə məşğul olur.

Qumbaraatan üçün döyüş sursatlarının proqramlaşdırılması həyata keçirilib.

Qumbaraatan “ağıllı” lazer məsafəölçən tuşlama sisteminə malikdir. Atəşdən əvvəl bu qurğu obyektə qədər məsafəni ölçür.

Qurğudan istifadə edən hərbçilər parametrləri müəyyən eymək üçün qulpun yanında yerləşən düymənin köməyi ilə düzəliş edə bilər.

Silah 25 millimetr kalibrli beş mağazayla təchiz edilib. XM-25-in atış uzunluğu 500 metr təşkil edir.

Qumbaraatanı silahlandırmaya almağa və onun istehsalatına başlamaq 2017-ci ildə planlaşdırılırdı. Ancaq 2016-ci ildə bu planlar dəyişib.

Belə ki, silahın sınağı zamanı müəyyən olunub ki, silah yenidən doldurulmasında çətinliklər hiss edilir.

Bundan başqa, elektrik fitilin vaxtından əvvəl işləməsi də qeyd olunub.

Əfqanıstanda XM-25 sınaq keçirilib. ABŞ-ın ordusu rəyində bildirib ki, silah 6,4 kq olmaqla çox ağır və narahat alınıb.