22/08/2012 06:36

ABŞ Ordusu yenə M153 CROWS-u seçdi

Kongsberg şirkəti ABŞ Ordusu ilə M153 CROWS idarə olunan silah sisteminin çatdırılması və texniki dəstəyin göstərilməsi üçün müqavilə imzalayıb. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Kongsberg şirkəti məlumat yayıb.

Beş illik dövrü əhatə edən müqavilənin ümumi dəyəri 970 milyon dollara çata biləcək. Artıq ABŞ Ordusu şirkətə 9,1 milyon dollarlıq sifarişini yerləşdirib.

M153 CROWS ABŞ Ordusu tərəfindən istifadə olunan əsas döyüş moduludur. Bu günədək Kongsberg şirkəti tərəfindən ABŞ-a 10 min ədəd M153 CROWS sistemi çatdırılıb.