04/01/2017 16:24

ABŞ Pakistanın 7 müdafiə şirkətinə sanksiya tətbiq edib

Babur-2-Test-ISPR-692x360

ABŞ hökuməti Pakistanın müdafiə sənayesi sektorunda fəaliyyət göstərən 7 şirkətinə qarşı sanksiya tətbiq edib.

Bu barədə “AzeriDefence” Pakistanın “Quwa” hərbi informasiya portalına istinadən məlumat verib.

Pakistan şirkətləri “ABŞ-ın milli və xarici siyasət maraqlarına zidd fəaliyyətlərdə”  ittiham olunur.

Sanksiya tətbiq edilən şirkətlər arasında Pakistanın strateji raketlər istehsalı ilə məşğul olan National Engineering and Scientific Commission (NESCOM) korporasiyası və onun filialları, aviasiya silah sistemlərinin istehsalını həyata keçirən Air Weapons Complex (AWC) və dəniz sistemlərinin istehsalı ilə məşğul olan Maritime Technology Complex (MTC), Ahad İnternational,  Engineering Solutions, New Auto Engineering (NAE) və Universal Tooling Services şirkətləri  var.

Xəbər Lenti