28/02/2017 14:43

ABŞ pilotsuz döyüş təyyarəsini sınaqdan çıxartdı – FOTOLAR

“Boeing” şirkəti tərəfindən modernləşdirilən QF-16 pilotsuz döyüş təyyarəsi (PUA) ABŞ-ın Nyu-Meksiko ştatında “Holloman” aviasiya bazasında ilk uçuşunu edib.

“AzeriDefence”in məlumatına görə, QF-16 ötən il ABŞ Hərbi Hava Qüvvələrinin aviasiya bazasında çıxarılan QF-4 “Phantom II” döyüş təyyarələrin əvəz edəcək.

Manevr qabiliyyəti daha yüksək olan QF-16 təyyarəsini pilotlu və ya pilotsuz istifadə etmək mümkündür. Sürəti 2 414 km/saat təşkil edən və 15 000 metr hündürlükdə hərəkət edən QF-16 pilotsuz döyüş təyyarəsi yerdən bir operator tərəfindən pultla idarə olunur.

Məlumatda o da qeyd olunub ki, QF-16 pilotsuz təyyarənin ilk uçuş sınaqları uğurla nəticələnib.

Təyyarənin insan həyatı üçün təhlükəli əməliyyatlarda istifadəsi nəzərdə tutulub.